Nə dövlətim var nədə malım var şükr Allaha əqli kamalım var;
İstəmirəm həyatın heç nəyini mənim sən adlı bir xəyalım var;
Bu arzu kam olmayacaq onsuz olmur atam olmayacaq onsuz;
Məndən adam olmayacaq onsuz burax məni görüm nə halım var;
Hamının eliyə Tanrı özünə qismət öz dövləti varı özünə qismət;
Hər kəsin öz yarı özünə qismət mənimdə bir başı bəlalım var;
O gün ki eşq hissi düşdü ürəyə get otur Allahı çağır köməyə;
Bizi o ürəkdi döndərən köləyə harda zülm var orda zalım var;
Bu adamlar roldadırmı görəsən bular həqiqi yoldadırmı görəsən;
Xoşbəxtlik puldadırmı görəsən görsəm əgər şahı sualım var;
Mənəm sənin dərdindir birdə danışmıram dərdimi heç yerdə;
Qorxuram ki göz dəyər bu dərdə gör nə boyda cahi cəlalım var;
Olurki yuxudan dururam hərdən günəşə baxıb göz vururam hərdən;
Elədə xəyallar qururam hərdən guya sağ qalmaq ehtimalım var;
Mən onu görüb dünyadan qopdum sevdanın dərinliyinə hopdum;
Onun sayəsində özümü tapdım canımıda alsa halalım var!