Sevgi nağılına mən çox inanırdım, oldu möcüzə döndü gerçəyə röyam, dəyişdi;
Yenidən dirildim eşq kəpənəyi yol tapıb ürəyimə qondu gizlicə;
Var oldu bir anda, dünyam dəyişdi sevdim, sevildim;
Tək yanımda ol, bəsimdir hisslərim dərindir;
Sevgimiz şirindir qəlbimin açarı sənindir;
Gəl tutaq əl-ələ, unudaq vaxtı, zamanı eşqimiz ümid dolu gəmi, biz sevgi limanı;
Yol uzundur hələ, dolanaq cümlə cahanı eşqimiz gəmi, biz sevgi limanı;
Bizi gətirdi bir araya taleyi, qisməti yazan sevdam olmadı nakam, dəyişdi;
Yenidən dirildim gözlərinə baxa-baxa içim isindi, tapdım özümü;
Tamamlandı, mənam dəyişdi sevdim, sevildim;
Tək yanımda ol, bəsimdir hisslərim dərindir;
Sevgimiz şirindir qəlbimin açarı sənindir;
Gəl tutaq əl-ələ, unudaq vaxtı, zamanı eşqimiz ümid dolu gəmi, biz sevgi limanı;
Yol uzundur hələ, dolanaq cümlə cahanı eşqimiz gəmi, biz sevgi limanı;
Bizi çağırır uzun illər fərqli, dəyişkən fəsillər;
Səadət səsləyir bizi zirvələrə bir ucalaq;
Bir yaşayaq, bir qocalaq səyahət gözləyir bizi;
Gəl tutaq əl-ələ, unudaq vaxtı, zamanı eşqimiz ümid dolu gəmi, biz sevgi limanı;
Yol uzundur hələ, dolanaq cümlə cahanı eşqimiz gəmi, biz sevgi limanı;
Gəl tutaq əl-ələ, unudaq vaxtı, zamanı eşqimiz gəmi, biz sevgi limanı!