Bəlkə də, qəribə səslənər sözüm;
Sənə kilidlənib ikicə gözüm;
Mən sənə köçmüşəm, sən mənim özüm;
Məndən nigaran ol, hər kəsə qısqan;
Məni kim axtarar, sən axtarmasan?
Bayramı toya qat, toyumuz olsun;
Yeni yuvamızda payımız olsun;
Eyni soyadımız, soyumuz olsun;
Bayramı toya qat, toyumuz olsun;
Yeni yuvamızda payımız olsun;
Eyni soyadımız, soyumuz olsun;
Səndən ayrı qalsam, ölərəm, inan;
Məni kim axtarar, sən axtarmasan?
Bütün ümidlərim sənin adına;
Özümü atmışam sənin oduna;
Qayıt uşaqlığa, bir sal yadına;
Məktəb illərindən mən sənə xasam;
Məni kim axtarar, sən axtarmasan?
Bayramı toya qat, toyumuz olsun;
Yeni yuvamızda payımız olsun;
Eyni soyadımız, soyumuz olsun;
Bayramı toya qat, toyumuz olsun;
Yeni yuvamızda payımız olsun;
Eyni soyadımız, soyumuz olsun;
Səndən ayrı qalsam, ölərəm, inan;
Məni kim axtarar, sən axtarmasan?
Bayramı toya qat, toyumuz olsun;
Yeni yuvamızda payımız olsun;
Eyni soyadımız, soyumuz olsun;
Səndən ayrı qalsam, ölərəm, inan;
Məni kim axtarar, sən axtarmasan?